UEFA Avropa liqasında əsas mərhələyə 9 görüşlə start verilib. Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə “Dinamo Zaqreb”ə uduzub. “CBC Sport” ilə canlı yayımlanan matçda “Braqa” “Feyenoord”a qalib gəlib. “Roma” “Nitsa”dan güclü olub. Ötən mövsüm Konfrans liqasının finalında oynayan “Betis” isə “Nottingem Forest”lə bərabərliyə rasılaşıb. Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:

I tur

PAOK (Yunanıstan) – “Makkabi Təl-Əviv” (İsrail) 0:0

“Midtyullann” (Danimarka) – “Şturm” (Avstriya) 2:0

“Dinamo Zaqreb” (Xorvatiya) – “Fənərbağça” (Türkiyə) 3:1

“Betis” (İspaniya) – “Nottingem Forest” (İngiltərə) 2:2

“Braqa” (Portuqaliya) – “Feyenoord” (Niderland) 1:0

“Srvena Zvezda” (Serbiya) – “Seltik” (Şotlandiya) 1:1

“Frayburq” (Almaniya) – “Bazel” (İsveçrə) 2:1

“Nitsa” (Fransa) – “Roma” (İtaliya) 1:2

“Ludoqorets” (Bolqarıstan) – “Malmö” (İsveç) 1:2