17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb. Seçməmizin Fransa ilə 8 oktyabr, saat 17:00-da başlayacaq matçını norveçli Marius Hansen Qrotta idarə edəcək. İsrail – Azərbaycan görüşündə də eyni ədalət təmsilçisi söz sahibi olacaq. Bu oyun oktyabrın 11-i, saat 20:00-da start götürəcək. Başlama vaxtı oktyabrın 14-ü, saat 17:00-a təyin edilən Azərbaycan – Rumıniya qarşılaşmasına isə ədaləti Mateo Erceq qoruyacaq