Kilian Mbappe “Real” klubunun heyətində İspaniya La Liqasında vurduğu qolların sayına görə Zinəddin Zidan və İsko Alarkonu geridə qoyub. 26 yaşlı hücumçu buna ölkə çempionatının VI turu çərçivəsində “Levante”yə qalib gəldikləri oyununda dubl etməklə nail olub. Fransalı hücumçu liqadakı 40-cı matçında 38-ci qoluna imza atıb. Mbappe, bu mövsüm keçirdiyi 6 görüşdə 8 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.