Azərbaycan paraüzgüçüsü Raman Salei Sinqapurda keçirilən dünya çempionatının üçüncü günündə gümüş medal qazanıb.İdmançı 50 metr məsafəyə sərbəst üzmə üsulunda ikinci yeri tutub.Qeyd edək ki, R.Salei yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda qızıl, ikinci gündə isə 100 metr məsafəyə “butterfly” üsulunda bürünc medal əldə edib.