Paraüzgüçümüz Raman Salei dünya çempionu olub. Üç qat Paralimpiya çempionu paraüzgüçümüz Salei, Sinqapurda keçirilən dünya çempionatında 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanıb. Dördüncü dəfə dünya çempionu olan idmançımız 27 sentyabradək davam edəcək yarışda 100 metr məsafəyə sərbəst, “butterfly” (kəpənək) və 50 metr məsafəyə sərbəst üzmə növlərində də mübarizə aparacaq












