Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında keçirilən “WTT Youth Contender” beynəlxalq turnirində 5 medal qazanıblar. 11 yaşadək idmançıların mübarizəsinə qatılan Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Əliəkbər Mirzəliyev eyni yaş qrupunda ikinci, Cəfər Almədədli üçüncü olub. Qeyd edək ki, yarışın ilk günlərində M.Mirzəbalayeva ilə V.Babayev U-13 kateqoriyasında üçüncü yerə layiq görülmüşdü.