Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatının sonuncu günündə Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) final görüşünə çıxacaq.
İdmançımız iranlı Səid Esmaili ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 7 medal var. Ülvü Qənizadə (72 kq) dünya çempionu adını qazanıb. Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medal qazanıb.














