UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda daha 6 qarşılaşma keçirilib.

“Qarabağ”ın rəqiblərindən “Ayaks” evdə “İnter”lə üz-üzə gəlib.

“Liverpul” “Atletiko”nu qəbul edib, “Çelsi” səfərdə “Bavariya”nın qonağı olub. UEFA Çempionlar Liqasının son qalibi PSJ isə doğma meydanda “Atalanta” ilə qarşılaşıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

“Olimpiakos” (Yunanıstan) – “Pafos” (Kipr) – 0:0

“Slaviya” (Çexiya) – “Budö-Qlimt” (Norveç) – 2:2

PSJ (Fransa) – “Atalanta” (İtaliya) – 4:0

“Bayern Münhen” (Almaniya) – “Çelsi” (İngiltərə) – 3:1

“Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) – 3:2

“Ayaks” (Niderland) – “İnter” (İtaliya) – 0:2