Azərbaycanın həndbol referiləri Ləman və Aydan Həmidova bacılarının Avropa Həndbol Federasiyası tərəfindən beynəlxalq hakimliyə namizədliyi qeydə alınıb.
Bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, perspektivli hakimlər təcrübələrini daha da artırmaq məqsədilə Avropada bir neçə seminar və proqrama qatılıblar.














