Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı davam edir. Bu gün ilk medal dəstlərinin sahibləri məlum olub. Ağır çəkidə (125 kq) 2024 olimpiadasının bürünc mükafatçısı, Avropa çempionu Giorgi Meşvildişvili finala kimi uğurla irəliləyib və həlledici dueldə iranlı Amir Hüseyn Zare ilə qarşılaşıb. Görüşü 0-5 uduzan Meşvildişvili, gümüş medalla kifayətlənib. 61 kq-da Nurəddin Novruzov təsəlliverici dueldə ekvadorlu Coşua Krameri və ukraynalı Kamil Kərimovu üstələyib. Güləşçimiz, üçüncülük uğrunda Cənubi Koreyadan Kum Hyuk Kimə qalib gəlib və bürünc medal əldə edib. 86 kq-da yarışan Arseni Cioyev də Ukraynadan Məhəmməd Əliyevi, fransalı Rahim Maqomedovu mübarizədən kənarlaşdıraraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.