Misli Premyer Liqasında IV tur baş çatıb. Son oyun günündə iki matç keçirilib. “Şamaxı” evdə “Karvan-Yevlax” ilə üzləşib və 3-0 hesablı qələbəyə sevinib. Digər görüşdə isə “Neftçi” doğma meydanda “Sabah”ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə bitib. Turnir cədvəlinə 10 xala malik “Araz-Naxçıvan” başçılıq edir. Onu 1 xal geri qalan “Turan Tovuz” və 8 xallı “Zirə” izləyir. Xalı olmayan “Kəpəz” sonuncudur.