Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avroliqa yarımfinal oyununa çıxıb. Komandamız Rumıniya yığması ilə qarşılaşıb. İtaliyanın Viareccio şəhərində təşkil olunan görüş rəqib komandanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində Sahib Məmmədov iki, Comərd Baxşəliyev bir vurub. Qeyd edək ki, Azərbaycan millisi 3-cü yer uğrunda sentyabrın 14-də Qazaxıstan yığması ilə qarşılaşacaq.















