“Sumqayıt” ABŞ-dən olan basketbolçu Tayris Devisi heyətinə qatıb. 27 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb. Qeyd edək ki, Tayris Devis ötən il Avstraliyada “Vilyeton Tayqers” komandasının formasını geyinib.