“World Boxing”in təşkil etdiyi boks üzrə dünya çempionatının növbəti günündə millimizin son iki üzvü yarımfinal mərhələsi çərçivəsində rinqə çıxıb. 75 kq-da qüvvəsini sınayan Səidcəmşid Cəfərov yarımfınalda Özbəkistanlı Fazliddin Erkinbayevlə üz-üzə gəlib. Qarşılşama özbək boksçunun 4-1 lik qalibiyyəti ilə yekunlaşıb.  90 kq-da mübarizə aparan digər əlcək ustamız, millinin lideri Alfonso Dominges isə braziliyalı İsaias Santos Ribeyro Filyoyla qarşılaşıb. Gərgin keçən qarşılşamada təmsilçimiz 2-3 hesabı ilə məğlub olub. Beləliklə hər iki döyüşçümüz mundialı bürünc medalla başa vurub. Bununla da millimiz yarışı 2 bürünc medala başa vurub. Qeyd edək ki, Azərbaycan turnirdə 11 idmançı ilə təmsil olunub.