Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən III Türk Dövlətləri Universiadası başa çatıb. Azərbaycan milisi ümumi nəticələrə görə ölkələr arasında birinci olub. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin də iştirak etdiyi turnirdə sərbəst güləş, yunan-Roma güləşi, cüdo, şahmat, stolüstü tennis, voleybol və futzal olmaqla ümumilikdə 6 idman növündə 500-ə yaxın idmançı mübarizə aparıb. Ölkəmiz 5 idman növündə təmsil olunaraq fərdi yarışlarda 9 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıb. Komanda nəticələrinə görə isə yunan-Roma güləşində birinci yer, sərbəst güləş, stolüstü tennis və futzalda ikinci yer, cüdo və şahmatda isə üçüncü yer əldə olunub.