“Qarabağ” oyunçusu Aleksey İsayevlə yollarını ayırıb. Yarımmüdafiəçi karyerasını yenidən “Sabah”da davam etdirəcək. Xatırladaq ki, İsayev 2020-ci ilin yayından 2024-cü ilin yanvarına kimi məhz Masazır təmsilçisində çıxış edib. Futbolçu “Qarabağ” ilə iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub.

















