I Liqada 2025/2026-cı illər mövsümünə start verilib. Açılış turunun ilk oyun günündə iki matç keçiriilib. “Şahdağ Qusar” səfərdə MOİK-ə 2-1 hesabı ilə qalib. “Zaqatala” isə evdə “Cəbrayıl”ı 1-0 üstələyib. Qeyd edək birinci tur sabah keçiriləcək “Şəfa” – “Şimal” və “Səbail” – “Mingəçevir” oyunları ilə davam edəcək.