Klubların sentyabr ayı üçün dünya reytinqi açıqlanıb. IFFHS-in cədvəlində planetin 506 ən yaxşı komandası yer alıb. Siyahıda Azərbaycan 4 klubla təmsil olunub. Son illər ölkəmizin dominant komandası “Qarabağ” 154,75 xalla dünyada 96-cıdır. Ölkə çempionumuz ötən ayla müqayisədə cədvəldə 38 pillə irəliləyib. “Araz-Naxçıvan” da mövqeyini yaxşılaşdırıb. Onlar 70,25 xalla 363-cü yerdən 355-ə qalxıblar. “Sabah” (79,75) 264-cü pillədən 302-yə, “Zirə” (68,00) isə 274-dən 380-ə enib. Qeyd edək ki, cədvələ 543 xalla UEFA Çempionlar liqasının son qalibi PSJ başçılıq edir.