“Neftçi” daha bir futbolçu ilə yolları ayırıb. Klub futbolçusu Ramil Şeydayev ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. 2024-cü ilin yayında transfer olunmuş Şeydayev “Neftçi”nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub. Qeyd edək ki, Bakı təmsilçisi bunadək Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Dembo Darbo, Ervin Koffi, Filip Ozobiç, İsmayıl Zülfüqarlı, Alfa Kontez, Ryonosuke Ohori ilə (“Kəpəz”ə icarəyə verilib) yollarını ayırıb.


















