Bu gün çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanların Avropa çempionatında təsnifat oyunları keçirilib. İtaliyanın Korilyano-Rossano şəhərində təşkil olunan yarışda oğlanlardan ibarət komandamız təsnifat mərhələsində Serbiya millisi ilə qarşılaşıb. İbrahim Məmmədov və Muhammad Aslanlıdan ibarət cütlük görüşü 2:0 hesablı qələbə ilə başa vurub və qitə birinciliyinin əsas mərhələsinə yüksəlib. Qeyd edək ki, çempionatda ölkəmiz bir qız və bir oğlan komandası ilə təmsil olunur. Qızlarımız yarışa əsas mərhələdən qoşulacaqlar. Əsas mərhələ oyunlarına sabah start veriləcək.














