Çimərlik voleybolu üzrə gənclər milli komandalarımız İtaliyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. 18 yaşadək qızlardan və oğlanlardan ibarət yığmalar qitə birinciliyində güclərini sınayacaqlar. Təmsilçilərimiz artıq bu gün yarışın keçiriləcəyi İtaliyanın Corigliano Rossano şəhərinə yola düşüblər. Sentyabrın 11-14-də baş tutacaq turnirdə ölkəmiz bir qız (Xədicə Hadızadə/Cəmilə Bəşirova) və bir oğlan (İbrahim Məmmədov/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.