Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək güləş üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Mundialda 23 pəhləvanımız mübarizə aparacaq. Aleksandr Tarakanovun rəhbərlik etdiyi yunan-Roma güləşi üzrə yığmanın heyətində  55 kq Eldəniz Əzizli, 60-da Nihat Məmmədli, 63-də Murad Məmmədov, 67-də Həsrət Cəfərov, 72-də Ülvü Qənizadə, 77-də Sənan Süleymanov, 82-də Qurban Qurbanov, 87-də İslam Abbasov, 97-də Murad Əhmədiyev və 130-da Beka Kandelaki medalçılar sırasına düşəməyə çalışacaq. Sərbəst güləş üzrə seçməmizin baş məşqçisi Xetaq Qazyumov mundialda 57 kq İslam Bazarqanov, 61-də Nürəddin Novruzov, 65-də Əli Rəhimzadə, 70-də Kənan Heybətov, 74-də Turan Bayramov, 79-da Cəbrayıl Qadjiyev, 86-da Arseniy Cioyev, 92-də Osman Nurmaqomedov, 97-də Maqomedxan Maqomedov və 125 kq-da Giorgi Meşvildişviliyə güvənəcək. Toğrul Əsgərovun çalışdırdığı qadın güləşi millimiz isə üç təmsilçi ilə turnirdə iştirak edəcək. Bunlar 57 kq-da Jalə Əliyeva, 59-da Günay Qurbanova və 62-də Birgül Sultanovadır.