Bu gün Azərbaycanın gənclərdən ibarət futbol yığması AVRO-2027-in seçmə mərhələsində B qrupu çərçivəsində ikinci oyununu keçirəcək. U-21 millimiz evdə bolqarıstanlı həmyaşıdları ilə qarşılaşacaq. Komandanı görüşə köməkçi məşqçi Elnur Çodarov çıxaracaq. Saat 18:00-da start götürəcək matçda ədaləti Flerian Lyatanın rəhbərlik etdiyi albaniyalı hakimlər briqadası qoruyacaq.