Bu gün Latviyanın paytaxtı Riqada 2029-cu ildə keçiriləcək basketbol üzrə kişilər arasında Avropa çempionatının ilkin təsnifat mərhələsinin birinci raundunun püşkatması keçirilib. Azərbaycan yığması da öz rəqiblərini tanıyıb. Millimiz A qrupunda Şimali Makedoniya, Lüksemburq və İrlandiya seçmələri ilə qarşılaşacaq. İkinci etapa üç qrupun qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi yüksələcək. Birinci raundun oyunları bu ilin noyabrında, eləcə də 2026-cı ilin fevral və iyun–iyul aylarında keçiriləcək.