İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatında mübarizə davam edir. Dünən Azərbaycanın daha iki idmançısı rinqə çıxıb. 55 kq-da yarışan Nicat Hüseynov 1/16 finalda kubalı Rolando Martines Pereslə qarşılaşıb və 4-1 qalib gəlib. O, növbəti görüşünü Monqolustandan Bilguunsayxan Xarxuya qarşı keçirəcək. 80 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev isə albaniyalı Amar Koçini eyni hesabla üstələyib. Allahverdiyev, ikinci qarşılaşmasında macadıstanlı Filip Akilovla üzləşəcək. Hər iki boksçu 1/8 final döyüşünə sentyabrın 9-da çıxacaq. Qeyd edək ki, daha öncə 50 kq-da Sübhan Mamedov və 75 kq-da Səidcəmşid Cəfərov da 1/8 finala yüksəlib. 90 kq-da Alfonso Dominqes isə reytinqinə görə mübarizəyə bu mərhələdən başlayacaq.