“Formula 1” üzrə İtaliya Qran-prisi başa çatıb. Bütün rəqiblərini qabaqlayan “Red Bull”un pilotu Maks Ferstappen finişə hamıdan tez çatıb. Bu niderlandlı sürücü üçün mövsümdə üçüncü qalibiyyət olub. Buna kimi dörd qat dünya çempionu Yaponiya və Emilya-Romanya yarışlarında fəxri kürsünün zirvəsinə qalxıb. İkinci yeri “Maklaren”dən Lando Norris tutub. Onun komanda yoldaşı Oskar Piastri isə üçüncü olub. Ümumi sıralamaya 309 xala malik Piastri başçılıq edir. Mühəndislər kubokunda “Maklaren” liderdir. Qeyd edək ki, “Formula 1”-in növbəti etapı olan Azərbaycan Qran-prisi 19-21 sentyabr tarixlərində keçiriləcək.














