Azərbaycan Taekvondo Federasiyası və Cənubi Koreyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Bakıda “Koreya Səfiri Kuboku” keçirilib. İlk dəfə 2015-ci ildə Qəbələdə təşkil edilən çempionatın bu ilki ev sahibi Bakı, daha dəqiq desək Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu olub. Turnirdə 2008, 2009 və 2010-cu il təvəllüdlü gənclər qalib adı uğrunda mübarizə aparıblar. Oğlanlar 48, 55, 63, 73 kq, 73 kq-dan artıq, qızlar isə 44, 49, 55, 63 və 63 kq-dan artıq çəki dərəcələrində qüvvələrini sınayıb. Turnirdə ümumilikdə 35 klubdan 145 idmançı iştirak edib.