Türkdilli Dövlətlərin III Universiadasında mübarizə başa çatıb. Azərbaycan cüdoçuları Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən turnirdə 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə ediblər. Nurlan Kərimli (66 kq), Cəsur İbadlı (90 kq), Könül Əliyeva (48 kq) və Südabə Ağayeva (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bahadır Feyzullayev (60 kq), Mehdi Abbasov (81 kq), Qurban Məmmədli (+100 kq) gümüş, Mehdi Cəfərov (73 kq) və Əli Qazıməmmədov (100 kq) bürünc medallara yiyələniblər. Yekunda yığmamız komanda hesabında 3-cü yeri tutub.












