Yeni mövsümə hazırlaşan “Sabah” basketbol klubu Litvada təlim-məşq toplanışını davam etdirir. “Tələbələr” hazırlıq çərçivəsində növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Komanda Litvanın “Neptunas” klubu ilə qarşılaşıb. Matç 98:88 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib. Qeyd edək ki, “Sabah” bu mövsüm FIBA Çempionlar liqasında mübarizə aparacaq.