Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən qadınlar arasında 3×3 basketbol üzrə Avropa Kubokunda qrup mərhələsinə yekun vurulub. Yağışlı hava şəraitinə görə matçlar təyin edilən vaxtdan daha gec başlayıb. Azərbaycan yığması B qrupu çərçivəsində iki oyun keçirib. Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenhauer, Dina Ulyanova ibarət komanda birinci görüşündə Fransa ilə üzləşib və 21:16 qalib gəlib. Növbəti qarşılaşmada Ukrayna seçməsini 21:14 məğlub edən millimiz 1/4 finala yüksəlib. Azərbaycanın növbəti etapda rəqibi Polşa olacaq. Bu görüşün sentyabrın 7-si keçirilməsi planlaşdırılır.