Qadın voleybolçulardan ibarət “DH Volley” klubu CEV Çelenc Kubokunda növbəti oyununu keçirib.

Azərbaycan təmsilçisi 1/16 final mərhələsinin ilk matçında Polşanın LKS kollektivini qəbul edib. Görüş qonaq komandanın 3:0 hesablı qələbəsi ilə bitib.

Tərəflərin cavab oyunu dekabrın 2-də baş tutacaq.