Azərbaycan təmsilçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən 23 yaşadək boksçuların Avropa çempionatını 4 medalla başa vurublar. Bilalhəbaşi Nəzərovun ardınca Nicat Alırzayev də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda gürcüstanlı Zviad Tçotçuanı 5:0 məğlub edərək Avropa çempionu olub. Daha əvvəl Zidan Hünbətov və Məhəmmədəli Aşırəliyev bürünc medal qazanıblar.
Beləliklə, millimiz 39 ölkədən 276 boksçunun qatıldığı qitə birinciliyini 2 qızıl və 2 bürünc medalla tamamlayıb.













