UEFA Çempionlar Liqasında liqa mərhələsinin V turu çərçivəsində təmsilçimiz “Sabah” doğma meydanda “Barselona” ilə üzləşəcək. Bu, Kataloniya klubunun Azərbaycana ilk səfəridir.

Komandamızın heyətində Eyden Makkarti ötən tur “Vikinq”lə matçda qırmızı vərəqə aldığından növbəti iki oyunu buraxmalı olacaq. İspaniya təmsilçisində isə Lamin Yamal, Rodri, Xavi Espart, Andreas Kristensen və Roni Barci zədəlidir. Hazırda 9 xala malik “Barsa” 8-ci sıradadırsa, 3 xal toplayan “Sabah” 30-cu mövqedədir.

Saat 21:45-də start götürəcək və Bakı Olimpiya stadionunda keçiriləcək görüşü şotlandiyalı FIFA referisi Nikolas Uolş idarə edəcək.