Kudo üzrə dünya çempionu Vüsal Əliyev ikinci dəfə Avropanın ən güclüsü olub.

Belə ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında idmançımız finalda meydan sahibi ölkənin təmsilçisi Kaloyan Kolevi məğlub edərək ikinci dəfə qitə çempionu adını qazanıb.

Azərbaycanın digər təmsilçilərindən Zeynəb Mövsümzadə qızıl, Vəliyulla Bünyatov gümüş, Sevinc Mövsümzadə isə bürünc medal əldə edib.

Beləliklə, təmsilçilərimiz Avropa çempionatını 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.