FIFA 2031 və 2035-ci illərdə qadınlar arasında keçiriləcək dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb. Bununla bağlı qərar FIFA-nın onlayn formatda təşkil olunan növbədənkənar Konqresində qəbul edilib.

2031-ci ildə mundiala ABŞ, Meksika, Kosta-Rika və Yamayka ev sahibliyi edəcək. 2035-ci ildə isə turnir Şotlandiya, İngiltərə, Şimali İrlandiya və Uelsdə keçiriləcək.

Qadınlar arasında növbəti dünya çempionatı 2027-ci il iyunun 24-dən iyulun 25-dək Braziliyada baş tutacaq. Həmin turnirdə 32 milli komanda mübarizə aparacaq. Növbəti yarışlarda isə iştirakçı sayı 48-ə qaldırılacaq.