“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqası tarixində baş məşqçi kimi qazandığı qələbələrin sayına görə rekord müəyyənləşdirib.

Bu göstərici çempionatın XIII turunda səfərdə “Xetafe”yə qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan oyunda qeydə alınıb.

Qalibiyyətlərini 345-ə çatdıran Simeone unikal göstəriciyə imza atıb.