“İmişli”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Aran klubu latviyalı mütəxəssis Ervins Perkonsla anlaşma əldə edib.

Bir müddətdir komandada müvəqqəti olaraq baş məşqçinin vəzifələrini icra edən Perkonsla 6 ay + 2 il müddətinə müqavilə imzalanıb.

Qeyd edək ki, mütəxəssis oktyabrın 16-dan, Fərid Namazovun postundan ayrılmasında sonra kollektivi çalışdırırdı. Onun rəhbərliyi altında Misli Premyer Liqasında və ölkə kubokunda 6 oyun keçirən “İmişli” 3 qələbə, 2 bərabərlik və 1 məğlubiyyətlə yadda qalıb.