Azərbaycan təmsilçisi İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanıb.

Yarışın ikinci günündə K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparan paralimpiya çempionu 1/8 finalda almaniyalı Kolya Qrabeni məğlub edib.

O, 1/4 finalda türkiyəli Yusuf Yünaçtını 2:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. Bu mərhələdə meksikalı Xuan Qarsiya ilə qarşılaşan Xəlilov rəqibinə uduzub.