UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib. A Liqasının matçlarında Niderland seçməsi Yunanıstana 7 cavabsız qolla qalib gəlib. Almaniya isə Serbiyanı məğlub edib.
A Liqası
2-ci qrup
Niderland – Yunanıstan 7:0
Serbiya – Almaniya 1:3
11 xala malik Niderland millisi qrup lideridir. 8 xallı Yunanıstan və Almaniya növbəti sıralarda qərarlaşıb. Serbiyanın isə xalı yoxdur.
B Liqası
1-ci qrup
Şotlandiya – Şimali Makedoniya 2:1
Sloveniya – İsveçrə 0:0
İsveçrə 13 xalla qrup birincisidir və A Liqasına vəsiqəni təmin edib. 8 xallı Sloveniya ikinci, 1 xal geri qalan Şotlandiya üçüncüdür. Xalsız Şimali Makedoniya sonuncu olacağı dəqiqləşib.
C Liqası
3-cü qrup
Moldova – Qazaxıstan 2:1
Slovakiya – Farer adaları 2:2
İlk pillədəki Slovakiyanın 11 xalı var. Moldova 7 xalla ikinci, 2 xal az toplayan Farer adaları üçüncüdür. Axrıncı yerdə mövqe tutan Qazaxıstan 2 xal toplayıb.
4-cü qrup
Bolqarıstan – İslandiya 0:5
Lüksemburq – Estoniya 0:1
11 xallı İslandiya qrup lideridir. İkinci Estoniyanın aktivində 9 xal var. Bolqarıstan 4 xalla üçüncü, 3 xala malik Lüksemburq sonuncudur.
D Liqası
1-ci qrup
Andorra – Cəbəllütariq 2:0
7 xal toplayan Malta qrup birincisidir. Onu 4 xallı Andorra və 2 xala malik Cəbəllütariq izləyir.












