Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında “Sabah” “İmişli”ni qəbul edib. “Sabah Arena”da gerçəkləşən qarşılaşma 2:2 hesablı bərabərliklə bitib.

Ev sahiblərinin heyətində Karlos Eduardo (17) və Coy Lens-Mikels (49) diqqət mərkəzinə düşüblər. Qonaq komandanın qollarını isə Oruc Məmmədov (27) və Rəhman Daşdəmirov (62-öz qapısına) vurublar.

Ehtiyatda daha bir matçı olan paytaxt klubu 21 xalla ikinci, “Şamaxı” isə 14 xalla yeddincidir.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qarabağ”ı, “Neftçi” “Kəpəz”i (hər ikisi 1:0), “Zirə” “Qəbələ”ni (2:1) məğlub edib. “Şəfa” – “Araz-Naxçıvan” (2:2) və “İmişli – “Sumqayıt” (0:0) oyunlarında qalib müəyyənləşməyib.