Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Günün ilk matçında “İmişli” “Sumqayıt”ı qəbul edib. Yevlax şəhər stadionunda gerçəkləşən qarşılaşma qolsuz yekunlaşıb. Meydan sahibləri 11 xalla səkkizinci, “gənclik şəhəri” təmsilçisi 10 xalla doqquzuncu pillədə qərarlaşıb.

Tura “Sabah” – “Şamaxı” görüşü ilə yekun vurulacaq. Oyun saat 17:30-da başlayacaq.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qarabağ”ı, “Neftçi” “Kəpəz”i (hər ikisi 1:0), “Zirə” “Qəbələ”ni (2:1) məğlub edib. “Şəfa” – “Araz-Naxçıvan” oyununda isə qalib müəyyənləşməyib – 2:2.