Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub.
Günün ikinci qarşılaşmasında “Naxçıvan” “LANDAU Lions”u məğlub edib.
Milli Gimnastika Arenasında reallaşan görüş 63:59 hesabı ilə yekunlaşıb.
Günün ilk matçında “Sumqayıt” səfərdə “Gəncə”ni üstələyib – 80:76.
Xatırladaq ki, turun əvvəlki matçlarında “Sabah” “Ordu”nu (93:81), “Neftçi” NTD-ni (82:63) məğlub edib.













