“Şəki” basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Ceyhun Həsənli Azərbaycan Basketbol Liqası 2-də çıxış edəcək komanda ilə anlaşıb.

Qeyd edək ki, Şəki basketbolunun yetirməsi olan C.Həsənli ötən mövsüm “Şəki”də türkiyəli baş məşqçi Bedri Meriçin köməkçisi olub.