Qadınlar arasında CEV Çempionlar Liqasında çıxış edən son Azərbaycan çempionu “Turan” voleybol klubu turnirdə növbəti matçına çıxıb.
Təmsilçimiz III təsnifat mərhələsinin ilk oyununda “Maritsa” kollektivi ilə üzləşib. Bolqarıstanda keçirilən görüş “Turan”ın 3:0 hesablı inamlı qələbəsi ilə bitib.
Tərəflərin cavab qarşılaşması noyabrın 10-da təşkil ediləcək.












