Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

35 yaşlı hakim əsas mərhələnin IV turunda Belçikada “Anderlext” və Avstriyanın “Zalsburq” komandaları arasında keçiriləcək görüşü idarə edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.

Qeyd edək ki, “Anderlext” – “Zalsburq” oyunu noyabrın 5-i saat 21:45-də start götürəcək.