Noyabrın 14-də Binə Atçılıq Mərkəzində konkur üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Atçılıq Federasiyasının təqvim planına əsasən təşkil olunacaq ilin son yarışında ölkənin ən güclü konkurçuları bir araya gələcəklər.

Bir gün davam edəcək turnirdə idmançılar 3 fərqli kateqoriya üzrə yarışacaqlar. İştirakçılar 70-80, 100-115 və 125-130 santimetr hündürlüklü maneələri uğurla adlamağa çalışacaqlar.