Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatının səkkizinci günündə Azərbaycan millisi daha iki mükafata yiyələnib.

Sərbəst güləşçilərimizdən 86 kq-da yarışan Arseniy Djioyev finalda ABŞ-li Kayl Deykə uduzaraq ikinci yeri tutub.

125 kq-da Giorgi Meşvildişvili isə üçüncülük uğrunda qarşılaşmada Macarıstandan Vladislav Baitsayevə qalib gələrək bürünc medal qazanıb.

Hazırda komandamızın aktivində 2-si qızıl, 2-si gümüş, 1-i bürünc olmaqla 5 medal var.