Azərbaycan millisi Bakıda təşkil edilən FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti oyununu keçirib.

Famil Xəlilovun baş məşqçi olduğu komanda Andorra ilə üz-üzə gəlib. Hövsan Yarış Kompleksində keçirilən görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli bu gün növbəti matçını saat 19:30-da Avstraliya komandasına qarşı keçirəcək.