Qadınlardan ibarət 3×3 basketbol millimizin Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək Avropa kubokunun final mərhələsində rəqibləri məlum olub. B qrupunda çıxış edəcək seçməmiz Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq. Komandamız ilk olaraq sentyabrın 5-də saat 13:55-də Fransa, 20:25-də isə Ukrayna ilə üzləşəcək.














