Azərbaycan Basketbol Liqasında IV tura start verilib.
İlk oyun günündə bir matç keçirilib. “Naxçıvan”la qarşılaşan son çempion “Sabah” gözlənilmədən 83:88 hesabı ilə məğlub olub. 19 xal toplayan Ceremi Hayes komandasının qələbəsində önəmli pay sahibi olub.
Mövsümə yaxşı başlayan “Naxçıvan” ardıcıl üçüncü qalibiyyətini əldə edibsə, “Sabah” ilk məğlubiyyətini alıb.










